Finlandiyada parlament seçkiləri keçirilirbackend

Finlandiyada parlament seçkiləri keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Finlandiyada parlament seçkiləri keçirilir.

Editor.az xəbər verir ki, parlament seçkilərinə 3 əsas siyasi qüvvə – Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyası, Riika Purranın sədri olduğu Əsl Finlər Partiyası və hazırkı Baş naziri Sanna Marinin rəhbərlik etdiyi Sosial-Demokrat Partiyası mübarizə aparır.

Qeyd edək ki, 2022-ci ilin avqustunda 37 yaşlı Sanna Marin dostları ilə gecə klubunda əylənməsi və həmin vaxt narkotikdən istifadəsinə şübhə yaranması ilə yadda qalıb. Narkotik testi mənfi nəticə göstərib. Qalmaqala baxmayaraq, 5 partiyadan ibarət sol-mərkəz koalisiyaya rəhbərlik edən Sanna Marinin Covid-19 və Finlandiyanın NATO-ya üzvlüyü sahəsində əldə edilən uğurlara görə reytinqi yüksək olaraq qalır.

/APA