Bu gün İsveçin paytaxtı Stokholmda İsveçin baş naziri Maqdalena Andersonla Finlandiyanın baş naziri Sanna Marin arasında görüş baş tutub.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən sonra tərəflər NATO-ya üzvlüklə bağlı məsələyə aydınlıq gətirib.
“Rusiya bizim qonşumuzdur və aramızda uzun bir sərhəddimiz var. Ancaq Ukraynada yaşananları görürük. Məhz buna görə biz də hazırlıqlarımızı etməliyik. “,-deyə Sanna Marin bildirib.
Baş nazir Andersson isə Avropada yeni bir təhlükəsizlik tədbirləri ilə bağlı müzakirələrin olduğunu bildirib.
“Çox uzun sürmədən hərtərəfli bir araşdırma aparıb ən yaxşı qərarı verməyi planlaşdırırıq”,- deyə İsveç baş naziri bildirib.
Qeyd edək ki, Andersson əvvəlki açıqlamalarında İsveçin NATO-ya üzv olmayacağını bildirmişdi.
Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsveç və Finlandiyanın NATO-ya daxil olacağı təqdirdə Rusiyanın sərt tədbirlər görəcəyini qeyd edib.
//Editor.az

