Finlandiyadan üç gün sonra QƏRAR DƏYİŞİKLİYİ: Rusiya ilə dəmir yolu nəqliyyatını davam etdirəcəkbackend

Finlandiyadan üç gün sonra QƏRAR DƏYİŞİKLİYİ: Rusiya ilə dəmir yolu nəqliyyatını davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın dəmir yolu operatoru VR Helsinki ilə Sankt-Peterburq arasındakı yük daşıma xidmətlərinin yenidən bərpa ediləcəyini açıqladı.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Finlandiyanın dəmir yolu operatoru bu qərarı Rusiyanın Ukraynadakı fəaliyyəti ilə əlaqədar sözügedən uçuşları dayandırmasından bir həftə keçməmiş qəbul edib.

Dəmir yol rəsmiləri bu qərarın İngiltərənin Rusiya Dövlət Dəmir Yolları şirkətinə (RJD) tətbiq etdiyi sanksiyalara görə verildiyini açıqladı. Finlandiya rəsmiləri, İngiltərə sanksiyalarının VR tərəfindən edilən razılaşmalara heç bir təsirinin olmadığını anladıqdan sonra bu gündən etibarən bu xətt üzrə yük daşıma xidmətlərinin bərpasına qərar verdiklərini qeyd etdilər.

Qeyd edək ki, VR martın 27-də Rusiyadan yük vaqonlarının keçidini dayandırmaq qərarına gəldiyini açqlamışdı. Martın 28-də Finlandiya dəmir yolu operatoru Finlandiya və Rusiya arasında Allegro qatarları ilə sərnişin daşımalarını dayandırmışdı.

//Gülnarə Abasova, Editor.az