Finlandiyanın hərbi xərclərində rekord artım: Soyuq Müharibə dövründəki səviyyəyə çatırbackend

Finlandiyanın hərbi xərclərində rekord artım: Soyuq Müharibə dövründəki səviyyəyə çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-ya üzv olmaq üçün rəsmən təsdiqlənən Finlandiyanın hərbi xərcləri rekord həddə çatıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Skandinaviya ölkəsinin xərclərindəki artım Soyuq Müharibə dövrünün səviyyəsinə çatıb. Bu ayın əvvəlində rəsmi olaraq NATO-ya üzv olan Finlandiya Soyuq Müharibənin kuliminasiya nöqtəsi olan 1962-ci ildən bəri müdafiə xərclərində illik ən yüksək artımını edib. 1300 kilometrlə Rusiya ilə Avropanın ən uzun sərhədini paylaşan Finlandiyanın hərbi xərcləri 36 faiz artıb. Skandinaviya ölkəsinin müdafiə büdcəsindəki bu artımda ABŞ-dan alınan 64 ədəd “F-35” döyüş təyyarəsinin payı kifayət qədər böyükdür.

//Gülnarə Abasova, Editor.az