Finlandiyanın xarici ticarəti son üç ilin ən aşağı səviyyəsinə düşübbackend

Finlandiyanın xarici ticarəti son üç ilin ən aşağı səviyyəsinə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın xarici ticarət dövriyyəsi yanvar-avqust dövründə 96 milyard avroya qədər azalıb.

Editor.az bu barədə “RİA Novosti”yə istinadən yazır. Ölkənin xarici ticarət həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 ayda 5,4% azalıb. İdxal 48,9 milyard avro, ixrac isə 47,1 milyard avro təşkil edib. Finlər bu il İsveçrə ilə ən aktiv ticarət edib.

Ölkələr arasında ticarət dövriyyəsi 112 milyon avro ilə ikinci, Səudiyyə Ərəbistanı isə 78 milyon avro ilə üçüncü yerdədir. Sonrakı yerləri Portuqaliya (67 milyon avro) və Vyetnam (49 milyon avro) tutur. Bu dövrdə ticarətin ən çox azaldığı ölkələr Estoniya, Almaniya, Rusiya, Türkiyə və Tayvan olub. Finlandiya ötən ilin noyabrında quru sərhədlərini bağladıqdan sonra Rusiya ilə Finlandiya arasında ikitərəfli ticarət 31% azalıb. Üç rübün yekunlarına görə, ticarət dövriyyəsi 960,6 milyon avro təşkil edib.

//Gülnarə Abasova, Editor.az