Finlər Rusiya ilə sərhəddə hasar hörürbackend

Finlər Rusiya ilə sərhəddə hasar hörür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlər Finlandiya-Rusiya sərhədinin İmatra-Svetoqorsk hisəsində hasarın tikintisinə başlayıblar.

Editor.az bildirir ki, bu barədə Finlandiyanın “Yle” nəşri məlumat yayıb. Məlumata görə, işin iyunun sonunadək başa çatdırılması planlaşdırılır. Yaxın vaxtlarda üç kilometrlik sınaq meydançasının tikintisi nəzərdə tutulur.

Mart ayında yolun və hasarın çəkilməsinə, eləcə də texniki nəzarət sisteminin yaradılmasına başlanılacaq. 3 m hündürlüyündə olan tikanlı məftilli hasarın gecə rejimində video nəzarət, işıqforlar və bəzi mühüm sahələrdə dinamiklərlə təchiz ediləcəyi gözlənilir. Hasarın yanında sərhəd naryadı və təmir işləri üçün yol çəkiləcək.

Finlandiya rəsmiləri hesab edirlər ki, bütün hasarın tikintisi üç-dörd il çəkəcək və yüz milyonlarla avroya başa gələcək. Qeyd edək ki, 2022-ci ilin noyabrında Finlandiya Sərhəd Mühafizəsi kütləvi qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün şərq sərhədində 130-260 km uzunluğunda hasar çəkilməsi lazım olduğunu bildirmişdi. Finlandiya hakimiyyəti Ukraynada müharibə başlayandan sonra sərhəddə hasarın çəkilməsi məsələsini bir daha müzakirə edib və onun tikintisinə 139 milyon avro ayırmağı təklif edib.

  //Samir Qurbanov,Editor.az