“Finnair” 100-dən çox reysin ləğv edibbackend

“Finnair” 100-dən çox reysin ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Finnair” şirkəti Helsinki-Vantaa hava limanında mayın 19-na planlaşdırılan 100-dən çox reysin ləğv edildiyini açıqlayıb.

“Finnair” bazar ertəsi səyahət edən sərnişinlərə erkən qeydiyyatdan keçməyi və hava limanına vaxtında çatmağı tövsiyə edir.

Qeyd olunur ki, aviasiya sənayesi işçilərinin həmkarlar ittifaqı İAU (Ilmailualan Unioni) tətildən hava nəqliyyatı xidmətlərinin göstərilməsi üzrə kollektiv sazişin bağlanması üçün Finlandiya Xidmət İşəgötürənlər Assosiasiyası ilə danışıqları sürətləndirmək üçün istifadə edir. Danışıqlar aviasiya sənayesində çalışan işçilərin əmək haqqının artırılması ilə bağlıdır.

//Samir Qurbanov, Editor.az