Krım körpüsündəki Rusiya maneələrinin bir hissəsi fırtına səbəbindən dağılıb.
Bu barədə dekabrın 29-da telemarafonda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk bildirib. O əlavə edib ki, körpü maneə sistemində bu cür “dəyişikliklər” “tamamilə gözlənilir”. Pletençuk qeyd edib ki, fırtına mövsümü hələ bitməyib və dənizdə sərt hava ən azı daha 2-3 ay davam edəcək.
“Ümid edirəm ki, tezliklə bizə kömək edən “dəniz fırtınası generalı”nın müdaxiləsindən daha çox nəticə görəcəyik”, – deyə Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri əlavə edib.
//Samir Qurbanov, Editor.az