Fitch Rusiyanın kredit reytinqini aşağı salıbbackend

Fitch Rusiyanın kredit reytinqini aşağı salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Fitch Ratings” Beynəlxalq reytinq agentliyinin verdiyi açıqlamada Rusiyanın kredit reytinqinin aşağı düşdüyü qeyd edilib.

Editor.az xəbər verir ki, bəyanatda ölkənin uzunmüddətli xarici valyutada defolt reytinqinin “B”-dən “C”-yə endirildiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, sanksiyaların daha da artması və enerji ticarətini məhdudlaşdıra biləcək təkliflər Rusiyanın borclarını ödəməməsi siyasətinə təkan verir.

//Gülnarə Abasova, Editor.az