Fizikanın 44 Günlük Vətən müharibəsindəki ROLUbackend

Fizikanın 44 Günlük Vətən müharibəsindəki ROLU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətənimiz 44 günlük Vətən müharibəsində öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Vətənin igid oğulları öz torpaqlarını erməni quldurlarından azad etdilər.

Bu müharibədə qazanılan qələbəyə göre Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə, canından keçən şəhidlərimizə, fədakarlıq göstərən qazilərimizə, bir müəllim, bir Azərbaycan vətəndası kimi öz minnətdarlığımı bildirirəm!

Amma bu muharibənin görunməyən, əvəzsiz qəhrəmanları var -Fiziklər! Fiziklərin Vətən qarsısında xidmətləri danılmazdır. Onlar fizika elmindən istifadə edərək, öz bilik və savadları ilə ən müasir silahlar, döyuş texnikaları yaradıblar. Bu müharibədə Azərbaycan xalqının birliyi, vətənpərvərliyi ilə yanası, alimlərin Vətənin dar günündə ixtira etdikləri güclü silahları, bizim düşməndən qat-qat güclü olmağımızı sübut etdi. Mən bir fizika müəllimi kimi öz dərslərimdə müasir təlim metodlarından istifadə edərək, inteqrativ əlaqə yaradaraq, beyin həmləsindən təcrübə kimi istifadə etdikdə şagirdlər fiziki qanunların hərbi sənayedəki inkişafdakı roluna daha çox maraq gostərirlər. Belə inteqrativ dərslər uşaqlarda vətənpərvərlik hissini daha da artırır.

Fizika qanunlarının ən geniş yayıldıgı və hərbi sənayenin əsasını təşkil edən sahələr:

1. Radar sistemləri;
2. Nüvə silahları;
3. Raket texnologiyası;
4. Top və tankların atəş məsafəsinin və təsirinin hesablaması;
5. Elektronika və kommunikasiya (radiorabitə);
6. Optika və lazer texnikası;
7. Hava nəqliyyatı;
Fizika qanunlarına əsaslanaraq, ilk artilleriya silahı yaradıldı. Bu silaha tətbiq olunan qanunlar – cisimlərin (mərminin) hərəkət qanunları, havanın müqaviməti, qazların genişlənməsi, metalların deformasiyasıdır.

Artilleriyadan danışarkən, Azərbaycanın artilleriya tarixində özünəməxsus xidmətləri olan, görkəmli hərbi xadim,”artilleriyanın Allahı” sayılan Əliağa Sıxlinskinin hərbi nailiyyətlərindən danısmamaq mümkün deyil. Ə. Sıxlinski artilleriya tarixində ilk dəfə toplarda ağırlıq qüvvəsinin təsiri ilə atılmış cisimlərin hərəkət qanunlarından və havanın müqavimət qüvvəsini nəzərə almaqla, gözlə görunməyən hədəfə atəş açmaq texnikasını işləyib hazırlamş və onların təkmilləşdirilməsi işinə bir sıra yeniliklər gətirmisdir. Artilleriya – top, haubitsa, minaatan və reaktiv qurğularla təchiz edilir. Barıt qazları genislənərək bütün divarlara,həmçinin mərmiyə təzyiq gostərir. Bu isə impulsun, enerjinin və hərəkət miqdarı momentinin saxlanması qanunlarına əsasən qazlar mərminin cox böyük sürətlə hərəkət etməsinə səbəb olur. Barıtın əsas xüsusiyyətlərindən biri onun çox böyük sürətlə müxtəlif qazlara kecməsidir. Bu isə, fizikanın ən fundamental qanunu olan -enerjinin saxlanma qanununa əsaslanır, yəni istilik enerjisinin mexaniki enerjiyə keçməsidir.

Aerodinamikanin inkşafı müasir raket texnikasının yaradılmasına və həmçinin raket dinamikasının əsasını qoydu. Uçuş sürətinin artırılması, nanotexnologiyaların inkişafına, aerodinamikanın yeni qolunun – hipersəsli aerodinamikanın yaranmasına səbəb oldu. Bu isə, öz növbəsində yeni aparatların – dronların yaradılmasına gətirib çıxartdı. Bu dronlardan ermənilərin qənimi olan – “Harop” və “Bayraqdar”ı göstərmək olar. Düsmənlərimiz bu dronları uzun müddət unutmayacaq. Bu aparatlar anti-radiasiya kateqoriyalı dronlardır. Hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur. Bu dronlar özləri bütövlükdə döyüş başlığı sayılır. Dron, həm avtonom olaraq özünün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, həm də yerüstü mərkəzdən idarə olunur.

Dronlar, gələcəkdə nüvə silahlarının daşıyıcı rolunu oynaya bilər və bundan başqa təyyarə və raket qoruyucuları kimi də istifadə oluna bilər. Rus alimi Popovun radiorabitənin inkişafı və elektromaqnit dalğalarının qayıtması hadisəsi, radiolakasiya və ultraqısa radiodalğaların müxtəlif radiotexnika qurğularının yaranmasına gətirdi. Yuxarıda sadalananlar radiorabitənin, gecə görsənən aparatların, uçuşda olan təyyarələrin və raketlərin, ballistik raketlərin əsasını təşkil etdi.

Nüvə fizikasının inkişafı hərbi sənayedə mühüm rol oynadı. Müasir fizikanin inkisafı və təkamülü atomun quruluşunu, radioaktivliyi, izotopları, nüvələrin süni bölünməsinin öyrənilməsinə imkan Verdi. Ən əsası isə nüvə reaksiyalarının idarə olunmasına imkan verdi. Bunun əsasında müxtəlif atom qüvvə və qurğuları yaratmağa imkan verdi. Nüvə reaksiyalarının idarə olunması üzərində nüvə ballistik raket daşıyan sualtı gəmilərin yaradılmasına təkan verdi. Nüvə silahı – atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin bir hissəsinin ayrılması hesabına cox qüvvətli partlayış yaradan aviasiya bombasıdır.

Müharibənin tarixi, yalnız hərbi əməliyyatların iqtisadi və siyasi tarixi deyil. O, həmçinin elmin tarixidir. Zəfər gününə həsr olunmuş dərsimdə sagirdlərimə Vətəni sevməyi, bilikli, savadlı vətəndaş olmağı tövsiyə etdim. Azərbaycan coğrafi məkanına görə düşmənlərin əhatəsində yerləşir. Ona gorə də Vətənimizin gələcəyini elmli, savadlı təhsilli vətəndaş yetişdirmək biz müəllimlərin müqəddəs borcu və vəzifəsidir!

Aytən Kamran qızı Qasımova