Üzü aşağı yatmaq nəfəs almağı çətinləşdirir və daxili orqanların sıxılmasına səbəb olur.
Editor.az rus mətbuatına istinadla xəbər verir ki, bu barədə fizioloq Tatyana Krımtseva məlumat verib. O, əlavə edib ki, qarın üstə yatmaq servikal onurğada gərginliyə səbəb olur. “Ümumiyyətlə, mütəxəssislər daxili orqanların yerləşdiyi yerə görə sol böyrü üstə yatmağın faydalı olduğunu düşünürlər”, – deyə ekspert bildirib. Krımtsevanın sözlərinə görə, sol böyrü üstə yatmağın ürəyin fəaliyyəti üçün zərərli olması sadəcə olaraq qərəzdir. O, ürək xəstələrinə yatmaq üçün hündür yastıqlar seçməyi tövsiyə edib.
Bundan əvvəl Uilyam Marş Rays Universitetinin (ABŞ) alimləri aşkar etmişdilər ki, yavaş-dalğalı yuxu mərhələsi (NREM) beynin informasiyanı daha effektiv emal etməsinə və vizual tapşırıqların öhdəsindən gəlməyə kömək edir.
//Gülnarə Abasova, Editor.az