Fiziyev Qeyciyə məğlub oldubackend

Fiziyev Qeyciyə məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev “UFC-313” turnirinin növbəti döyüşünü keçirib.

Oxu.Az xəbər verir ki, 32 yaşlı idmançı “UFC 313” qarışıq döyüş növləri üzrə turnirdə yüngül çəki dərəcəsində ABŞ təmsilçisi Castin Qeyci ilə üz-üzə gəlib.

Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı üstün olub – 29-28, 29-28, 29-28

Xatırladaq ki, 2023-cü ilin martında “UFC 286” turnirində də R.Fiziyev C.Qeyciyə məğlub olmuşdu.