“Milton” qasırğası 1-ci kateqoriyaya qədər zəifləyib. ABŞ-ın Florida ştatının hakimiyyət orqanlarının ilkin məlumatına görə, ən azı 125 ev dağılıb, 2,8 milyon istehlakçının elektrik enerjisi təchizatı dayandırılıb. Ölkənin hava limanlarında minlərlə reys təxirə salınıb və ya ləğv edilib. Ölənlər var.
Editor.az bildirir ki, nəticələr barədə məlumatı NBC və CNN bildirir. Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin icraçı direktoru Kevin Qutri 125 evin dağılmasından danışıb. Onlar əsasən səyyar evlərdir. Bundan başqa Fort Pirsdə tornado qocalar evini vurub. Sent-Lusi dairəsinin şerifi Keyt Pierson bir neçə nəfərin öldüyünü bildirib. İlçe yanğınsöndürmə rəsmisinin sözlərinə görə, iki ölüm faktı təsdiqlənib və bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Abonentlərin enerji təchizatından kəsilməsi barədə məlumat “Poweroutage” portalı tərəfindən təqdim olunur. “FlightAware” portalının məlumatına görə, Hardi, Sarasota, Manatee, Pinellas və digər əyalətlərdə 1916 reys təxirə salınıb. Ən çox ləğv isə Florida ştatının Orlando Beynəlxalq Hava Limanında baş verib.
Xatırladaq ki, Florida ştatında oktyabrın 7-də gücü maksimuma, beşinci kateqoriyaya çatan qasırğanın yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Qasırğ ştata çatanda onun gücü artıq üçüncü kateqoriyaya düşüb. Bundan əvvəl “Helen” qasırğası 200-dən çox insanın həyatına son qoyub. Zərər 35 milyard dollar qiymətləndirilib.
//Samir Qurbanov, Editor.az

