“Azərbaycan gözəli” danışdı: “Dövlət qurumunda işləyirəm, modellik isə hobbimdir”backend

“Azərbaycan gözəli” danışdı: “Dövlət qurumunda işləyirəm, modellik isə hobbimdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Melisa Nuriyeva “Azərbaycan gözəli 2019” yarışmasının qalibi olub. “Azərbaycan gözəli 2019” müsabiqəsi son zamanlar sosial şəbəkələrdə geniş müzakirə olunur.

Editor.az Unikal.org-a istinadən adıçəkilən müsabiqənin qalibi Melisa Nuriyeva ilə müsahibəni oxuculara təqdim edir:

– Modelliklə çoxdan məşğulsunuz, yoxsa bu sahədə yenisiniz?

– Mən dövlət qurumunda işləyirəm, modellik sadəcə olaraq mənim hobbimdir. Bu yarışmaya da maraq üçün qatılmışam.

– Müsabiqəyə kiminsə məsləhəti ilə qatıldınız?

– Modellik mənim uşaqlıq arzum olduğuna görə öz istəyimlə bu yarışda iştirak etdim. Hobbi olaraq kliplərə, filmlərə də çəkilirəm.

– Hansı filmlərə çəkilmisiniz?

– Mən dövlət qurumunda işlədiyim üçün vaxtım bir o qədər də çox deyil. Buna görə də baş rola çəkilmək üçün edilən təklifləri qəbul etmirəm. İstəmirəm vaxtımı boş yerə sərf edim.

– Qalib olandan sonra sizi təbrik edən oldumu?

– Təbrik edənlər çox oldu.Hamı sosial şəbəkədə yazır, zəng edib, təbrik edir.

– Qalib olandan sonra sizi çox müzakirə etdilər. Tənqid edənlərə münasibətiniz necədir?

– Məndə heç vaxt, heç kəsə qarşı paxıllıq olmayıb. Hər kəs öz ürəyinə görə danışır. Mən elə şeylərə fikir vermirəm. Mən onların fikirlərinə  hörmətlə yanaşıram.

– Bəs, beynəlxalq gözəllik yarışmalarına qatılımaq istəyirsiniz?

– Azərbaycan gözəli kimi ölkəmizi xaricdə təmsil edə bilərəm. Mən bütün işimi atıb aylarla, günlərlə xarici ölkələrə getsəm abu mənə sərf etməz. Mənim öz işim var.

– Həmçinin sizin müsabiqədə qalib olduğunuza şübhə ilə yanaşanlar da var. Ümumiyyətlə bu qalibiyyət tapşırıqla olub?

– Orada hər sahə üzrə münsiflər var idi. Onlar mədəniyyət, moda və s. sahələri təmsil edirdilər. Bu onların verdiyi qərardı.Tapşırıq olsaydı öz sahəmdə, yəni dövlət qurumunda yüksək vəzifəyə təyin olunardım.