“For Azerbaijan” dünya azərbaycanlılarını bir araya gətirməyi hədəfləyirbackend

“For Azerbaijan” dünya azərbaycanlılarını bir araya gətirməyi hədəfləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “For Azerbaijan” adlı yeni qeyri-kommersiya təşkilatı fəaliyyətə başlayıb.

Editor.az bildirir ki, yalnız xeyriyyəçilik məqsədilə qurulan təşkilat, dünya azərbaycanlılarını və icmalarını bu amal ətrafında birləşdirərək Azərbaycandakı ən həssas aztəminatlı əhali qrupuna dəstək olmağı hədəfləyir.

Təşkilatın yaradılması ideyası ehtiyacı olan azərbaycanlılara dayanıqlı və şəffaf şəkildə kömək etmək üçün nümunəvi, xeyriyyəçilik təşkilatı yaratmağı hədəfləyən dünyanın müxtəlif ölkələrində yaşayan bir qrup azərbaycanlı peşəkar tərəfindən düşünülüb.

Təşkilatın qurucu üzvləri “For Azerbaijan” təşkilatının sonrakı illərdə davamlı fəaliyyət göstərməsini təmin etmək üçün ilk 2 il üçün tələb olunan minimum maliyyə vəsaitini ayıracaq. Təşkilatın uzun-müddətli proqramları minimal əməliyyat xərcləri çəkilməklə daha geniş xeyriyyəçi icmanın maliyyə yardımları ilə maliyyələşdiriləcək.

Şəffaf və miqyaslana bilən fəaliyyətin təmin edilməsi üçün, FA əməliyyatları nağdsız, rəqəmsal, tam şəffaf və izlənə bilən infrastruktura söykənəcək.

FA-nın strateji və fəaliyyət strukturu üç istiqamət əsasında qurulub: bərpa prosesinə köməklik (Məlhəm ol), gündəlik ehtiyacların qarşılanması (Əllərindən tut) və gələcəyə dəstək (Gələcəyə qucaq aç). Bu istiqamətlər çərçivəsində icra olunacaq konkret layihələr münaqişələrə, zorakılığa, təbii hadisələrə yaxud yoxsulluğa məruz qalan şəxslərə yardlm göstəriləcək.Təşkilat dünyanın bir çox ölkələrində yaşayan insanlardan maliyyə dəstəyini təmin edəcək.

 

 

Təşkilatın nümayəndəsi, Ülviyyə Həsənzadə bildirib ki, “Daha çox sponsorun bu təşəbbüsə qoşulmasını təmin etmək üçün layihələr miqyaslana bilən olacaq”.

Təşkilat öz proqramlarını uğurla və səmərəli şəkildə həyata keçirmək üçün xeyriyyə təşkilatları və dövlət qurumları ilə tərəfdaşlıq edəcək.

“Şəffaf və effektiv proqram vasitəsilə bizim yardım və dəstəyimizi ehtiyacı olanlara çatdırmaq üçün etibarlı, güvənli və bacarıqlı təşkilat yaratmaq çox vacibdir. Biz bu ideya ilə işə başladıq”, – deyə Ülviyyə Həsənzadə qeyd edib.

Təşkilat fəaliyyətə başladıqdan sonra, maraqlı tərəflər donor və yaxud könüllü qismində təşəbbüsə qoşula bilər.

 

Əlavə məlumat üçün, https://forazerbaijan.org/en/ səhifəsinə daxil olun.

Email: press@forazerbaijan.org

 

Phone: +17037837113