“Ford” bu avtomobillərin istehsalından tamamilə imtina edəcəkbackend

“Ford” bu avtomobillərin istehsalından tamamilə imtina edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ford” şirkəti 2030-cu ildə Avropada yalnız elektrik avtomobillərin satışına başlayacağını söz verib.

Editor.az unikal.org-a istinadən bildirir ki, avtomobil istehsalçısı benzin mühərrikli maşınlardan imtina edəcək. Şirkət hazırda Almaniyada yeni zavodun tikintisinə bir milyard ABŞ dolları sərmayə qoyur. Həmin zavodda elektromobillərin istehsalı başlayacaq. Birinci partiya 2023-cü ildə istifadəyə veriləcək.

“Ford”, həmçinin Avropadakı bütün minik avtomobillərinin 2026-cı ilin ortalarına qədər tamamilə elektrikli və ya hibrid nəqliyyat vasitələri kimi istehsal edəcəyini planlaşdırır.

“Bu, bizim elektrik avtomobillərin artımının əsasını təşkil etdiyi strategiyamızın Avropaya və gələcəyə sadiqliyini vurğulayır”, – “Ford”un Avropa bölməsinin rəhbəri Stüart Rouli bildirib.