“Foreign Policy” nəşri Azərbaycan və Ermənistan arasında bu il müharibə ehtimalı barədə yazıb”- POLİTOLOQ ŞƏRH EDİRbackend

“Foreign Policy” nəşri Azərbaycan və Ermənistan arasında bu il müharibə ehtimalı barədə yazıb- POLİTOLOQ ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerikanın nüfuzlu “Foreign Policy” nəşri hər zaman ilin əvvəlində bir sıra proqnozlar bölüşür. Burada reallığı əks etdirən bəzi məqamlar olsa da digər tərəfdən informasiya seqmentinə təsir etmək qabiliyyətində olan fikirlər də yer alır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, nəşrdə dünyanın müxtəlif bölgələrində dondurulmuş və ya hazırda fəaliyyətdə olan münaqişələrin alovlanma risklərinə toxunulub:

“Eyni zamanda, nəşrin analitiklərinin fikirlərinə görə, Ermənistan və Azərbaycan arasında 2023-cü ildə də münaqişə ola bilər. Bu qısa müddətli, amma, çox böyük itkilərə səbəb olan müharibəyə çevriləcək. Belə bir ehtimalı istisna etmirəm, lakin istənilən halda Azərbaycan öz təhlükəsizliyini, ordunun  döyüş qabiliyyətini, müasir silahlara yiyələnməsini daha da inkişaf etdirməlidir. Çünki Azərbaycanın həmsərhəd olduğu Ermənistan daim havadar axtarır, təxribatlar həyata keçirir”.

Politoloqun fikrincə, Cənubi Qafqazda təhlükəsizlik mühitini pozmaq niyyətində olan erməni lobbisi və dünya erməniliyi də bugün aktiv sürətdə fəaliyyətə keçiblər:

“Laçın-Xankəndi yolunda baş verən prosesləri həm də mənfi məcrada təhrif olunmuş formada geniş auditoriyaya təqdim edirlər. Azərbaycan hərbi qulluqçularının və mülkü şəxslərinin təhlükəsizliyini qorumaq üçün primitiv tədbirlər həyata keçirməlidir. Çünki rəsmi Bakını təxribata sürükləyə bilərlər. Laçın dəhlizi vasitəsilə daşınan yüklərin humanitar xarakterli olmasına çalışmaq lazımdır. Üçüncü Qarabağ müharibəsi riski minimal olsa da Ermənistanın hərbi büdcəsinin artırılması, müxtəlif dövlətlərlə hərbi əməkdaşlığa meyillənmə, silah alışı ilə bağlı müqavilələrin imzalanması onu deməyə əsas verir ki, Azərbaycan daha da güclü silahlara malik olmalıdır ki, bu cür təhdidlərin aradan qaldırılmasına nail olsun. 2022-ci ildə biz Hindistan və İrandan Ermənistanın silah almasına dair təşəbbüslərin şahidi olduq. Azərbaycan həmişə milli təhlükəsizliyinə böyük diqqət ayırıb”.
 
//Safura Bənnayeva, Editor.az