“İlin ən aktiv millət vəkili” sorğusu keçirilir

“İlin ən aktiv millət vəkili” sorğusu keçirilir

Editor.az İnformasiya Portalı 2021-ci ilin yekunları ilə bağlı ənənəvi olaraq müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə növbəti virtual sorğusunu keçirir. Portalımız bu dəfə ölkəmizin ali qanunverici orqanı olan Milli Məclisin deputatlarının fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənməyə çalışacaq.

15-22 dekabr 2021-ci il müddətini əhatə edəcək virtual sorğuda respondentlər Milli Məclisin plenar və komitə iclaslarında aktivliyinə, seçicilərlə fəal işlədiyinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətinə, qanun yaradıcılığı sahəsində xidmətlərinə görə, “İLİN ƏN FƏAL MİLLƏT VƏKİLİ”ni seçəcəklər.

Respondentlər aşağıdakı forumda “Ad-Soyad” bölməsinə öz şəxsi kimlik məlumatlarını, “E-mail” bölməsinə elektron poçt ünvanlarını, “Səs verdiyiniz namizəd” bölməsinə isə fəaliyyətini bəyəndikləri deputatın ad və soyadını yazmalıdırlar. Səs verən şəxslər dəstəklədikləri maksimum 3(üç) millət vəkilinin adını qeyd edə bilərlər.

Qeyd ediləcək dördüncü namizədin səsi etibarsız sayılacaq. Editor.az İnformasiya Portalı millət vəkillərinin fəaliyyətini maksimum obyektiv və ədalətli qiymətləndirməyə çalışdığı üçün sorğunun nəticəsi olaraq ən çox səs toplayan 15(on beş) deputat “İlin ən aktiv millət vəkilləri” kimi ictimaiyyətə elan ediləcək.

Editor.az İnformasiya Portalı xatırladır ki, bu sorğu və onun nəticələri tamamilə subyektivdir və yalnız bu sorğuda iştirak edən şəxslərin mövqeyini ifadə edə bilər. Bu sorğunun nəticəsi qətiyyən hökm xarakteri daşımır və hər hansı bir millət vəkilinin fəaliyyətinə verilən yekun qiymət kimi dəyərləndirilə bilməz.

S O R Ğ U

    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki