“Formula-1″in Qarabağda keçirilməsi təklifinə daha bir DƏSTƏK: ” Turizmin inkişafı və Bakının yükünün azaldılması baxımından çox əlverişlidir”backend

“Formula-1″in Qarabağda keçirilməsi təklifinə daha bir DƏSTƏK: ” Turizmin inkişafı və Bakının yükünün azaldılması baxımından çox əlverişlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”Formula-1” ümumilikdə 22 ölkədə keçirilir və bu yarışı təşkil etmək hər bir ölkə üçün böyük uğurdur. “Formula-1″ olduqca populyar bir idman yarışıdır. Yarışın paytaxtımızda təşkil olunması Azərbaycan üçün də çox əhəmiyyətlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, “Formula-1″in ölkəmizdə təşkil olunması, ilk növbədə, ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunun göstəricisidir və dövlətimizə olan böyük etimadla bağlıdır:

” Bu yarışın Bakıda keçirilməsini ölkəmizi dünyaya tanıtmaq üçün əlverişli fürsət kimi qiymətləndirməliyik. Həmçinin bu tip idman yarışları iqtisadiyyatımıza xeyir verən bir amildir. Çünki “Formula-1″ə baxmaq üçün ölkəmizə xaricdən çoxlu sayda qonaqlar gəlir. Yarışlar Azərbaycanın mədəniyyətini dünyaya təqdim etmək baxımından da vacibdir. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının mühüm sahəsi olan turizmin inkişafına da mühüm töhfə verir. Artıq ölkəmiz dünyada beynəlxalq idman yarışlarının keçirildiyi uğurlu məkan kimi tanınır. Bu yarışlar Azərbaycanı dünya mediasının da diqqət mərkəzində saxlayır. Aparıcı idman kanallarında, informasiya portallarında Bakıda keçiriləcək beynəlxalq idman yarışları haqqında bir sıra reportajlar və məqalələr yayımlanır. Bu da dünya mətbuatında dövlətimizi təmsil etməkdir”.

M.Cəfərov onu da vurğulayıb ki, “Formula-1” kimi idman yarışlar bir tərəfdən əyləncəli tədbiri olsa da, digər tərəfdən isə keçirildiyi ölkənin dünyada təbliğində böyük rol oynayı:

” Yarışlar ərəfəsində internet resurslarında “Formula-1″ keçirilən ölkə ilə bağlı axtarışların sayı milyonları keçir. Həmçinin bu yarışların respublikamızda keçirilməsi dünyanın həm Azərbaycanın tarixi, həm də mədəniyyəti ilə tanış olmasına, bölgədəki həqiqətləri daha dərindən başa düşməsinə imkan verdi. Bu da 44 günlük savaşda beynəlxalq aləmin dəstəyinə şərait yaratdı. Bir çox dünya mətbuatında Qarabağla bağlı həqiqətlərə yer yerildi. Digər tərəfdən ölkəmizin sivil, inkişaf edən bir ölkə olması qənaətinə gəlməsindən xəbər verir. Lakin digər vacib bir məqam isə bu yarışlara artıq Bakının deyil, Qarabağın ev sahibliyi etməsidir. Mən düşünürəm ki, Ağdam bu baxımdan çox əlverişli olardı. Hazırda Qarabağda ciddi infrastruktur qurulur. Sözün əsl mənasında paytaxtdan geri qalmayacaq dərəcədə inkişaf olması üçün şərait qurulur. Fikrimcə, bu yöndə atılacaq mütləq addım həm Qarabağın tanınması, investisiyalar cəlb etmək üçün doğru addım olardı, həm də turizmin inkişafına  şərait yaradacaq və Bakının yükünü azaldacaq”.