Fox News Trampın Ukrayna ilə bağlı təklifini müsahibədən kəsibbackend

Fox News Trampın Ukrayna ilə bağlı təklifini müsahibədən kəsib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Fox News televiziyasına müsahibə verib. Kanal müsahibədən bəzi hissələri dərc edib.

Editor.az-ın “Daily Beast”a istinadla verdiyi xəbərə görə, müsahibənin bir hissəsində Tramp Ukraynadakı münaqişəni dayandırmaq gücünə malik olması ilə öyünür. Lakin Trampın həll planı ilə bağlı çıxışının bir hissəsinin yayımlanmadığı ortaya çıxıb. Xəbərdə Trampın dərc olunmamış aşağıdakı sözləri yer alıb:

“Mən danışıqlar apara bilərəm. Ən pis halda nəyisə nəzarətə götürmək üçün razılığa gələcəm. Bəli ola bilər, orada rusdilli rayonlar var. Ancaq razılaşma əldə edilə bilər Mən ABŞ prezidenti olsaydım, Ukraynada müharibənin qarşısını almış olardım” .

//Gülnarə Abasova, Editor.az