“FrankenSAM” layihəsi Ukraynanın hava hücumundan müdafiə sahəsində inqilab olacq – Hərbi ekspertbackend

“FrankenSAM” layihəsi Ukraynanın hava hücumundan müdafiə sahəsində inqilab olacq – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Sovet hava hücumundan müdafiə sistemlərini modernləşdirmək və Qərb raketlərinə uyğunlaşdırmaq üçün “FrankenSAM” texnologiyasını Ukraynaya ötürür.

Editor.az bu barədə “Defence Express”in hərbi eksperti İvan Kiriçevski “Espresso” telekanalında deyib. Onun sözlərinə görə, xüsusilə “FrankenSAM”ın köməyi ilə “Buk” komplekslərini AIM-7 raketlərinə uyğunlaşdırmaq mümkün olacaq.

“FrankenSAM layihəsi sovet hava hücumundan müdafiə sistemlərinin və artıq başa çatmış raketlərin Amerika sistemlərinə uyğunlaşdırılmasını nəzərdə tutur ki, bu da tamamilə kifayətdir.

Məsələn, “Buk” komplekslərinin AIM-7 raketlərinə uyğunlaşdırılması. Bu raketlərin köməyi ilə “Şahedləri” və ya cəbhə xəttinə yaxın bəzi hədəfləri vura bilmək mümkün olacaq” deyə izah edib. Kiriçevski “FrankenSAM” layihəsinin hava hücumundan müdafiə sahəsində inqilab olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna ABŞ-dan yüz milyonlarla dollara başa gələn texnologiya alacaq. “Birləşmiş Ştatlar bizə texnologiya ötürür, çünki təkcə buraxılış qurğularının olması kifayət deyil, onlara xidmət göstərməyi də bilməliyik. Ona görə də Pentaqon bu texnologiyaları köçürüb. Bu, yüz milyonlarla dollara başa gəlib.

“FrankenSAM” layihəsi hava hücumundan müdafiə sahəsində inqilabdır. Hələ heç kim Amerika raketlərini sovet hava hücumundan müdafiə sistemləri üçün seriyalı şəkildə uyğunlaşdırmayıb”, – ekspert bildirib.

//Samir Qurbanov, Editor.az