Franki de Yonqdan “qırmızı şeytanlar”la bağlı açıqlamabackend

Franki de Yonqdan “qırmızı şeytanlar”la bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubunun yarımmüdafiçisi Franki de Yonqun İngiltərənin “Mançester Yunayted” klubuna transfer olacağı ilə bağlı xəbərlər yayılıb. Editor.az “sporx” a istinadən xəbər verir ki, hollandiyalı futbolçu barəsində gedən şayələrlə bağlı açıqlama verib.

“Başqa klublardan təkliflərin gəlməsi mənim üçün qürurvericidir. Ancaq hal-hazırda dünyanın ən yaxşı klubunda forma geyinirəm. “Barselona”da özümü çox yaxşı hiss edirəm. Burada mən xoşbəxtəm. Yayılan xəbərlər barədə heç bir məlumatım yoxdur”,-deyə hollandiyalı futbolçu bildirib.

Xatırladaq ki, 25 yaşlı oyunçuya bundan əvvəl “Mançester Yunayted” tərəfindən transfer təklifi olmuşdu.

Qeyd edək ki, Franki de Yonq bu mövsüm “Barselona” forması ilə 46 oyunda 4 qola 5 məhsuldar ötürməyə imza atıb.

//Nəzərbəy Hacıağayev, Editor.az