Fransa Aİ-nin Şərqdə planlaşdırılan müharibəyə hazırlaşdığını bildiribbackend

Fransa Aİ-nin Şərqdə planlaşdırılan müharibəyə hazırlaşdığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı şərq cəbhəsində planlaşdırılmış müharibə layihəsi üzərində işləyir.

Editor.az xəbər verir ki, bunu Fransa parlamentindəki sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen deyib.

“Aİ bizə sülh vəd etdi, lakin indi bütün enerjisini planlaşdırılmış müharibə layihəsinə yönəldib”,- deyə o bildirib.

O qeyd edib ki, bir çox avropalılar müharibə istəmir və “əsgər rolunu oynayan” liderləri dəstəkləmir.

Le Pen həmçinin prezident Emmanuel Makronun dövründə Fransanın gərgin müharibə apara biləcəyinə şübhə ilə yanaşıb. Siyasətçi xatırladıb ki, ölkə Yelisey sarayının 200 metrliyində PSJ – “İnter” matçından sonra yaranan xaosun öhdəsindən belə gələ bilməyib.

//Gülnarə Abasova, Editor.az