Fransa Almaniyanın hərbi gücündən narahatdırbackend

Fransa Almaniyanın hərbi gücündən narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Almaniyanın silahlı qüvvələrinin sürətlə yenidən silahlanmasından narahatlıq keçirir.

Editor.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Məqalədə qeyd olunur ki, Paris Avropada hərbi-sənaye sahəsində lider mövqeyini itirmək təhlükəsi ilə üz-üzədir.

Nəşr yazır ki, hazırda Fransanın siyasi dairələrində “narahatlıq və təhlükə hissi” hökm sürür. Prezident Emmanuel Makronun Fransa-Almaniya münasibətlərini yaxşılaşdırmaq cəhdlərinə baxmayaraq, Parisin müdafiə strukturlarında Berlində gedən proseslərə inamsızlıq davam edir.

Fransalı hərbi rəsmilərdən biri nəşrə bildirib ki, Almaniyanın sənaye və iqtisadi potensialı Paris üçün ölkənin yenidən silahlanması qədər ciddi məsələdir.

Qeyd edək ki, Bloomberg daha əvvəl Almaniya parlamentinin (Bundestaq) 3 milyard avrodan artıq dəyərində iri həcmli silah alışını təsdiqləməyə hazırlaşdığını bildirmişdi. Qanunvericilərin bu məsələ ilə bağlı qərarını noyabrın 12-də keçiriləcək qapalı iclasda verəcəyi gözlənilir.

Almaniyanın planlaşdırdığı bu silahlanma proqramı Avropa Komissiyasının yeni müdafiə strategiyasının bir hissəsi kimi təqdim olunur. Əvvəlcə “Avropanın yenidən silahlanması” adlandırılan bu təşəbbüs, bəzi Aİ ölkələrinin etirazlarından sonra “Hazırlıq 2030” adı ilə rəsmiləşdirilib.

Yeni strategiyaya əsasən, yaxın dörd il ərzində Avropanın müdafiə sisteminə təxminən 800 milyard avro həcmində sərmayə qoyulması planlaşdırılır.

// Gülnarə Abasova, Editor.az