“Fransa anlamalıdır ki, Cənubi Qafqazda möhkəmlənə bilməyəcək”- ŞƏRHbackend

“Fransa anlamalıdır ki, Cənubi Qafqazda möhkəmlənə bilməyəcək”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın Qarabağa olan marağı 30 ildən artıq müddətdir ki, davam edir”.

Bu sözləri Editor.az-a Fransanın Ermənistanı silahlandırması ilə bağlı danışarkən analitik jurnalist Kazım Kazımov deyib.

 

Onun sözlərinə görə, Paris hökumətləri hər zaman erməni lobbisinin dediyi ilə oturub-durub:

“Xüsusilə son dönəmlərdə Emmanuel Makronla bu proses aşkar hal almışdı. Fransa artıq çəkinmədən açıq şəkildə Ermənistanı dəstəklədiyini bəyan edir. Fransanın sərgilədiyi davranış onun nə qədər qeyri-ciddi siyasətə sahib olduğunu göstərir. Çünki Fransa Vətən müharibəsindən öncə Ermənistanı arxayın edirdi ki, Azərbaycana qarşı hər hansı cəhddə sərt sanksiyaları olacaqdır. Lakin Azərbaycan bütün torpaqlarını azad etdi. Bununla da aydın oldu ki, Azərbaycanın yeritdiyi siyasət daha güclüdür.

Nüfuzu itirən Fransa isə artıq Ermənistanı yenidən özünə inandırmağa çalışır. Buna görə də erməniləri silahlandırır. Çünki Fransa hərbi sənayesi bu gün dünyada ilk onluğa daxil olan hərbi sənayelərdən hesab edilir. Ermənistan isə Fransanın atdığı addımlara aldanır.

Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayıb Qafqazda yeni əlaqələr qurmaq, inkişaf etmək əvəzinə Fransanın vədlərinə inanmağı seçir. Lakin Fransa da anlamalıdır ki, Cənubi Qafqazda möhkəmlənə bilməyəcək”.

//Səbinə Hüseynli, Editor.az