Fransa diplomatiyasının rəhbəri Jan-Noel Barro Avropa İttifaqını Ermənistanla münasibətləri inkişaf etdirməyə çağıracağını bildirib.
O, Fransanın İrəvana çox bağlı olduğunu bildirib. Nazir qeyd edib ki, bu, Ermənistana Parisdən dəstək vermək üçün lazımdır. Onun sözlərinə görə, İrəvanın bununla hesablaşmaq hüququ var.
“Mən Avropa İttifaqını Fransanın çox bağlı olduğu bu ölkə ilə münasibətlərini inkişaf etdirməyə çağıracağam ki, biz ona ümid etmək hüququ olan bütün dəstəyi bir daha verə bilək”, -Fransanın xarici işlər naziri vurğulayıb.
//Samir Qurbanov, Editor.az

