Fransa Suriya prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verib.
Editor.az “Le Monde” qəzetinə istinadən xəbər verir ki, o, 2013-cü ildə kimyəvi silahdan istifadə etməkdə ittiham olunur. Kimyəvi silahdan istifadə ilə bağlı ümumilikdə dörd həbs qərarı çıxarılıb. Suriya prezidenti ilə yanaşı, onun qardaşı, Suriya Respublika Qvardiyasının komandiri Maher Əsədə və iki generala qarşı ittihamlar irəli sürülüb.
Onlar insanlığa qarşı cinayətlərdə ittiham olunurlar. İlk dəfə 2012-ci ilin dekabrında kimyəvi silahdan istifadəyə görə Bəşər Əsəd hökumətinə qarşı ittihamlar irəli sürülüb. Daha sonra Əl-Bayda ətrafında kimyəvi hücum nəticəsində 6 nəfər həlak olub. 21 avqust 2013-cü ildə Dəməşqin sıx məskunlaşdığı ərazidə kimyəvi silahdan istifadə edilib. Daha sonra Şərqi Qutada 300-dən 1700-ə qədər insan sarin sinir qazının təsirindən ölüb. Suriya hakimiyyəti və müxalifət baş verənlərlə bağlı ittihamları rədd edərək, məsuliyyəti bir-birinin üzərinə atıb.
//Samir Qurbanov, Editor.az

