Fransa bizi öz taleyimizlə bağlı bütüh hüquqlardan məhrum edib – Claudette Duhamelbackend

Fransa bizi öz taleyimizlə bağlı bütüh hüquqlardan məhrum edib – Claudette Duhamel

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa bizi öz taleyimiz barəsində qərar vermə hüququndan məhrum edib.

Bu barədə Trend-ə özəl açıqlamasında Müstəqil Martinik naminə ekoloqlar və demokratlar Hərəkatının nümayəndəsi Claudette Duhamel deyib.

“Biz yalnız mübarizə vasitəsi olaraq hərəkatlarda birləşə bilirik. Fransa öz müstəmləkə siyasətini dünyaya elə təqdim edir ki, sanki bu normal haldır. Lakin reallığı dərk etdiyimiz zaman görürük ki, biz insan kimi yaşamaqdan məhrum edilmişik. Gizlədilən, görünməzdən gəlinən hüquqlarımızı üzə çıxarmalıyıq. Mən vəkiləm lakin qərarları qəbul edənlər Fransız vəkillərdir. “,- deyə o əlavə edib

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.