Fransa Bosniya və Herseqovinaya (BH) hərbi texnika göndəribbackend

Fransa Bosniya və Herseqovinaya (BH) hərbi texnika göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 8-də axşam saatlarında Fransa ordusundan hərbi texnika daşıyan qatar neytral İsveçrə ərazisindən keçərək Bosniya və Herseqovinaya (BH) gedib.

Editor.az bildirir ki, bu barədə İsveçrə Federal Şurasının mətbuat xidməti məlumat yayıb. “Fransa ordusunun hərbi texnikası olan dəmir yolu karvanı İsveçrədən keçib. İsveçrənin hərbi materiallar haqqında qanununa əsasən, bu tranzit xüsusi icazə olmadan həyata keçirilə bilər, çünki İsveçrə sülhü təşviq etmək üçün bu hərbi missiyada iştirak edir”, – Federal Şuranın saytında yerləşdirilən bəyanatda deyilir.

Avadanlıqların tədarükü BH-də vətəndaş müharibəsinə son qoyan 1995-ci ildə Dayton sazişinin hərbi icrasına nəzarət etmək üçün Bosniya və Herseqovina ərazisində həyata keçirilən EUFOR ALTHEA hərbi missiyası çərçivəsində həyata keçirilir. Ölkədə motoatıcı batalyondan ibarət Avropa birləşmələri var. Fransa 2024-cü ilin birinci yarısında bu bölmələrin tədarükünə cavabdeh olacaq.

//Samir Qurbanov, Editor.az