“Fransa çalışır ki, Qarabağ məsələsi gündəmdə qalsın”-ŞƏRHbackend

“Fransa çalışır ki, Qarabağ məsələsi gündəmdə qalsın”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın Ermənistana siyasi və hərbi dəstəyi davam edir”.

Bu sözləri Editor.az-a Fransanın Ermənistana verdiyi dəstəklə bağlı danışarkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Fransa televiziyasında verilən müsahibə və reportajlar konkret olaraq erməni faşizmi əhval-ruhiyyəsində tərtib olunur: “Bütün bunlar göstərir ki, Ermənistan tərəfi, erməni cəmiyyəti hələ də Qarabağ xülyalarından geri addım atmayıb. Onlar növbəti mərhələdə yenidən güclənmək, yeni ordu yaratmaq və Qarabağı geri almağı düşünürlər. Onlar Fransa tərəfindən silahlandırılması da buna hesablanıb. Fransa çalışır ki, Qarabağ məsələsi gündəmdə qalsın, Azərbaycana təzyiqlər edilsin. Amma Azərbaycan onların planlarına boyun əyməyəcək. Onların da televiziya məkanında efirə verilən faşist çağırışlar konkret olaraq Avropada səslənir. Bu da Fransada hökm sürən faşizm və irqi ayrı-seçkiliyin olduğunu sübuta yetirir. Bütün hallarda ermənilər Azərbaycana qarşı olan düşmənçiliyi davam etdirəcəklər”.

//Səbinə Hüseynli, Editor.az