“Fransa Cənubi Qafqazda təsirini qorumaq üçün son şans olaraq yenə erməni xalqının gələcəyi ilə oynayır”- ŞƏRHbackend

“Fransa Cənubi Qafqazda təsirini qorumaq üçün son şans olaraq yenə erməni xalqının gələcəyi ilə oynayır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa bir dövlət olaraq beynəlxalq aləmdə ciddi etibar itkisi yaşamaqdadır. Bu etibar itkisi bu günün,.dünənin məsələsi deyil, son yüz ilin məsələsidir. Təsadüfi deyil ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Fransanın ikiüzlü siyasətini nəzərdə tutaraq: “İkinci dünya müharibəsində vaxtında gəlməsəydik, ondi Parisdə almanca danışırdınız” deyə etiraz bildirmişdir. Çünki Fransa İkinci dünya savaşında faşist Hitler Almaniyası ilə əməkdaşlıq edib. Müharibədən sonra da “məqsəd vasitəyə haqq qazandırır” prinsipi ilə hərəkət edən Fransa dünyanın müxtəlif ölkələrində koloniyalarını qorumuş və müstəmləkə siyasətini davam etdirmişdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Fransanın Cənubi Qafqazda Ermənistan vasitəsilə təsir dairəsi yaratmaq istəyi keçən əsrin 90-cı illərinin əvvəllərindən başlasa da erməni “sevgisi” keçən əsrin əvvəllərinə təsadüf edir:

“Osmanlı imperiyası zəiflədikcə Osmanlı təbəsi olan ermənilərdən bir vasitə olaraq istifadə edən Fransa, onlara gerçəkləşməsi mümkün olmayan vədələr verdilər. “Böyük Ermənistan”, “dənizdən-dənizə” kimi çürük ideyalar da əslində ermənilərdən alət kimi Fransanın imperial maraqlarını təmin etmək üçün ortaya atılmış demaqoqiyadan başqa bir şey deyildi. Bu xəstə və çürük ideologiya nəinki erməniləri xoşbəxt etmədi,tam əksinə onları bədbəxtliklərə sürüklədi. Dünyada müstəmləkələrini sürətlə itirən Fransa Cənubi Qafqazda təsirini qorumaq üçün son şans olaraq yenə erməni xalqının gələcəyi ilə oynayır. Azərbaycanın hərbi-siyasi və diplomatik gücü qarşısında Cənubi Qafqazdan rədd olmaq üzrə olan Fransa yenə ermənilər üzərindən yəni nağıllar, hiylələr uydurur.
Amma bunlar əbəsdir, artıq yeni dünyada nə Fransaya, nə də onun uydurduğu “erməni mifi”nə heç kim inanmır”.

//Gülnarə Abasova, Editor.az