Fransa “Crocus City Hall”dakı terror aktı ilə bağlı faydalı məlumatlara malikdir – Emmanuel Makronbackend

Fransa “Crocus City Hall”dakı terror aktı ilə bağlı faydalı məlumatlara malikdir – Emmanuel Makron

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, o, ölkənin müdafiə naziri Sebastyan Lekornudan rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlar aparmağı xahiş edib, çünki Fransa tərəfinin Moskva yaxınlığındakı “Crocus City Hall”dakı terror aktı ilə bağlı faydalı məlumatı var.

Lakin o, təfərrüatları açıqlamayıb. “Mən faktiki olaraq aidiyyatı nazirliklərdəki xidmət rəhbərlərindən xahiş etdim ki, texniki danışıqlar aparsınlar, ilk növbədə həmrəylik bildirsinlər. Həm də ona görə ki, terror aktının təşkili ilə bağlı faydalı məlumatımız var. Mən bunu burada açıqlamayacağam”.

Editor.az xəbər verir ki, bunu Fransa prezidenti jurnalistlərə bildirib. O qeyd edib ki, terror aktlarından əziyyət çəkən ölkələrlə əməkdaşlığı zəruri hesab edir. Aprelin 3-də baş tutan söhbət zamanı Sergey Şoyqu terror aktının təşkilində “Ukrayna izi”nə dair məlumatın olduğunu açıqlayıb və Ukrayna hakimiyyəti, onun sözlərinə görə, “Qərb kuratorlarının razılığı olmadan heç nə etmir”. Emmanuel Makron bu bəyanatları təhdid hesab edib. Onun sözlərinə görə, terror aktında Fransa və ya Ukraynanın iştirakı ilə bağlı məlumatların heç bir mənası yoxdur.

Xatırladaq ki, martın 22-də törədilən terror aktında 144 nəfər həlak olub.

//Samir Qurbanov, Editor.az