“Fransa dövlətinin mahiyyəti müstəmləkəçilik siyasətidir”backend

“Fransa dövlətinin mahiyyəti müstəmləkəçilik siyasətidir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın Azərbaycana qarşı düşmənçilik siyasəti bu günün və dünənin siyasəti deyil”.

Bu sözləri Editor.az-a Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı danışarkən Trend BİA-nın direktor müavini, politoloq Sahil Kərimli deyib.

S.Kərimli bildirib ki, Fransanın Azərbaycana qarşı düşmənçilik siyasəti 30 illik işğal dövründən başlayaraq davam edir:

“Bu həm də Ermənistanın timsalında terrorizm, separatçılığın Fransa tərəfindən dəstəklənməsi deməkdir. Fransadakı erməni lobbisi uzun illərdir ki, ölkəmizə qarşı Fransanın dövlət rəhbərliyi səviyyəsində ölkəmizə qarşı düşmənçilik siyasəti həyata keçirirlər.

Fransa Ermənistanı dəstəkləməklə Cənubi Qafqazda sülhə və təhlükəsizliyə çox ciddi zərbə vurur. Fransa dövlətinin mahiyyəti elə separatçılıq və müstəmləkəçilik siyasətidir.
Azərbaycan dövləti isə öz siyasətini hər zaman beynəlxalq norma və hüquqlara əsaslanaraq davam etdirib. Müstəqil, suveren hüquqlarından istifadə edərək ərazi bütövlüyümüz təmin edilib”.

//Səbinə Hüseynli, Editor.az