Sakit Okeanın cənub -şərqində yerləşən Yeni Kaledoniya Fransadan müstəqillik əldə etmək üçün sonuncu referendumu keçirməyə hazırlaşır.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, Fransadan asılı olan və Fransanı tərk etməkdən imtina edən Yeni Kaledoniyanın müstəqillik tərəfdarları, təxminən 180.000 seçicinin olduğu adada 12 dekabr 2021-ci ildə keçiriləcək üçüncü və son referendumdan əvvəl kampaniyalara başlayıblar.
Ölkənin müstəqilliyini müdafiə edən Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS), “Bəli” kampaniyasına Yeni Kaledoniyanın paytaxtı Noumeadan başlayıb.
İlk iki referendumda uduzsalar da müsbət səslərin faizinin artdığını deyən FLNKS liderlərindən Aloisio Sako, keçən il referenduma 25 min adamın qatılmadığını xatırlatdı və dekabr ayında qələbənin mümkün olacağını deyib.
Fransadan ayrılmağa qarşı çıxan və “Xeyriyyə Səsi” adı altında birləşən müstəqillik əleyhinə qruplar kampaniyaya Cənub əyalətinin Bourail şəhərində başlayıblar.
Son referendumda da qalib gələcəklərini iddia edən qrupun liderlərindən olan Kaledoniya Respublika Partiyasının lideri Sonia Backes, Yeni Kaledoniyanın Fransanı tərk etməyə hazır olmadığını deyib.

//Gülnarə Abasova, Editor.az

