Fransa-Ermənistan münasibətləri: Azərbaycanın cavabı nə olacaq?-ŞƏRHbackend

Fransa-Ermənistan münasibətləri: Azərbaycanın cavabı nə olacaq?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüflər olsun ki, Ermənistan sülhdən daha çox revanş xəyalları ilə yaşayır. Özünü erməni sevdalısı kimi göstərən ölkələr də Ermənistanın gələcəyini təhlükə altına ataraq öz maraqlarını, varlıqlarını regionda sülhün bərqərar olmasının qarşısını almaq məqsədi ilə təmin etmək istəyirlər. Halbuki, Ermənistanı silahlandıran ölkələr, onun gələcəyini, inkişafını düşünmüş olsaydılar yeni müharibəyə sürükləməz, sülhə doğru istiqamətləndirərlər. Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə əlaqələrini bərpa etməsindən keçir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə bildirib.

Onun sözlərinə görə, hazırda rəsmi İrəvanatəsir edə bilən bir çox ölkə var və onlar regionda Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəmirlər:

“Ona görə Ermənistanı Azərbaycana qarşı silahlandırırlar. Ermənistan bilməlidir ki, münaqişənin davam etməsində və ya yeni müharibənin başlamasında ağır nəticələrə məruz qalacaq. Nə Fransa, nə Hindistan nə də İran onun əvəzinə bizimlə müharibə aparacaq. Növbəti müharibə yarandıqda Ermənistanın varlığı sual altında olacaq.
Azərbaycan Qarabağda zəfər qazansa da Ermənistana sülh təklif edən ölkə oldu. Bu istiqamətdə təkliflərini qarşı tərəfə göndərməklə yanaşı, müxtəlif platformalarda müzakirələrin də aparılmasına çalışır. Lakin Ermənistan 44 günlük müharibədən nəticə çıxarmayaraq yenə sülh danışıqları imitasiyasiyası yaradıb müharibəyə hazırlaşır.  İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanları dəfələrlə artıb.  Ona görə yeni müharibənin nəticələrinin necə olacağını indi də müəyyən etmək heç çətin deyil “.

Y.Hacızadə vurğulayır ki, Ermənistan üzərinə götürdüyü heç bir öhdəliyə əməl etmir: “Torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsi üçün Azərbaycan 30 il mübarizə apardı. Ermənistanın işğalını pisləyən, torpaqlarımızdan dərhal çıxmasını nəzərdə tutan onlarla qətnamə və qərarlar qəbul edildi. Amma Ermənistan heç birinə əməl etmədi. Nəticədə də Azərbaycan beynəlxalq təşkilatların qərarlarını öz gücü vasitəsilə təmin etdi. Azərbaycan Prezidenti də çıxışlarında dəfələrlə bildirib ki, “dünya beynəlxalq hüquqa yox, gücə üstünlük verir”. Ona görə də hansısa təşkilatın və ya dövlətin hansı qərarı qəbul etməsindən aslı olmayaraq biz öz yolumuzu, öz siyasətimizi davam etdirəcəyik. Biz gördük və öyrəndik ki, həmin qərar və bəyanatlar sadəcə kağız parçasıdır. Bu gün bizə qarşı olan istənilən addımı zərərsizləşdirməyə kifayət qədər imkanlarımız var. Regionun siyasi, iqtisadi və hərbi müqəddəratı Azərbaycanın əlindədir. Dövlətimiz, Zəngəzur dəhlizinin açılması daxil öz ərazi bütövlüyünün təmin olunması üçün qarşısına qoyduğu bütün planlara nail olacaqdı. Bu istiqamətdə heç bir qüvvə Azərbaycana təsir göstərə bilməyəcək “.

//Safura Bənnayeva, Editor.az