Fransa Ermənistana onmilyonlarla avro kredit verəcəkbackend

Fransa Ermənistana onmilyonlarla avro kredit verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti bu gün Fransa İnkişaf Agentliyindən büdcə kəsirinin ödənilməsi üçün 75 milyon avro kredit almağı təsdiqləyib.

Bu barədə erməni KİV-ləri məlumat verir.

Razılaşmanın 26 iyunda imzalanması planlaşdırılır. Kredit konkret proqramlar üçün deyil, büdcəni artırmaq üçün veriləcək. Bununla belə, kredit büdcə sisteminin təkmilləşdirilməsi şərti ilə ayırılacaq.

Bununla əlaqədar olaraq, Ermənistan Maliyyə Nazirliyi büdcə planlaşdırılmasının şəffaflığını və büdcə xərclərinin səmərəliliyini, o cümlədən dövlət satınalmalarının sisteminin təkmilləşdirilməsi yolu ilə artırmaq üçün Fransa tərəfi ilə fəaliyyət planını razılaşdırıb. Həmçinin yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi üçün yeni tədbirlər işlənib hazırlanacaq.

Eyni “hədəf” kreditin (oxşar xarakterli islahatlar gündəliyi ilə müşayiət olunur – red.) Asiya İnkişaf Bankından cəlb edilməsini də planlaşdırır.

Ermənistan Fransa və Asiya agentliklərindən bu cür kreditləri bundan əvvəl 2020-ci ilin sonunda alıb.

Bundan əlavə, Ermənistan Beynəlxalq Valyuta Fondunun “Stand-By Arrangement” proqramı çərçivəsində büdcə kreditləşməsi alır.