Dekabrın 7-də Azərbaycan, Ermənistan və Avropa İttifaqının liderləri arasında görüşün keçirilməsi nəzərdə tutulurdu.
Lakin Ermənistan baş naziri Nikol Paşinyanın həmin görüşdə Fransa prezidenti Emmanuel Makronun iştirakını şərt kimi irəli sürməsi həmin görüşün ləğv olunmasına səbəb oldu.
Ermənistan baş nazirinin mövqe dəyişikliyini Editor.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Fransa prezidenti Emmanuel Makronun Azərbaycan-Ermənistan danışıqlarında iştirak etməyə hüquqi və mənəvi haqqı yoxdur: “ Fransa ATƏT-in Minsk qrupunda təmsil olunduğu və Azərbaycan torpaqlarının işğalının davam etdiyi 30 il müddətində birmənalı şəkildə tərəf kimi görünməyə üstünlük verdi Həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də ondan sonra tamamilə Ermənistanı dəstəkləyərək beynəlxalq hüququ, özünün elan etdiyi prinsip və nizamı pozdu.
Paşinyan da fərqindədir ki, qəti şəkildə Ermənistanı dəstəkləyən Fransanın Azərbaycan-Ermənistan danışıqlarında iştirakı qəbuledilməzdir. Paşinyanın Makronla bağlı məsələni gündəmə gətirməsi Azərbaycanla danışıqları sabotaj etməyə yönəlmiş addımdır. Fransanın təhrikləri ilə Ermənistan regionda vəziyyəti gərginləşdirir. Həm danışıqlardan boyun qaçırmağa çalışır, həm də Azərbaycanla sərhəd xəttində təxribatlar törətməklə, üzərinə götürdüyü öhdəlikləri pozur götürdüyü vəzifələri Ermənistandan “maşa” olaraq istifadə edir.
Regionda abu-havanın gərgin qalmasına çalışır. Bu günə qədər Avropa İttifaqı Şurasının moderatorluğu altında görüşlərdə müsbət nəticə əldə edilib. Paşinyan isə bu nəticələrin üzərindən xətt çəkmək, öhdəsinə götürdüyü müddəalara manevr etmək üçün Fransanın təhriki ilə prosesi sabotaj edir. Ermənistanı Avropa İttifaqının rəhbərliyi ilə keçirilən görüşdən yayındırmaqla, öz mövqeyni ortaya qoyur. Azərbaycanla danışqlardan boyun qaçırtmaq Ermənistan üçün böyük itkilərə səbəb olacaq”.
//Safura Bənnayeva,Editor.az

