“Fransa Ermənistanı qorumağa çalışır”-AÇIQLAMAbackend

“Fransa Ermənistanı qorumağa çalışır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın Xarici işlər naziri Ketrin Kolonna açıqlamasında vurğulayıb ki, Ukraynanın maraqları nəzərə alınmalıdır. Belə ki, Fransa da rəsmi Kiyevə humanitar, hərbi yardımlar göndərməyə davam edəcək”.

Bunu Editor.az-a politoloq Sultan Zahidov Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Rusiya və Avropa üçün təhlükəsizlik arxitekturasının qurulmasının vacibliyini bəyan edərək”Hər kəsin sabitlik maraqları naminə Moskva ilə etibarlı təhlükəsizlik sisteminin yenidən qurulması üçün hansısa bir yol tapmaq lazımdır”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fransa XİN bu bəyanatında Ukraynanın maraqlarını da nəzərə almağa çalışıb:

“Rəsmi Paris Rusiya-Ukrayna müharibəsi başlayandan bəri rəsmi Moskvaya dəfələrlə müraciət etmiş, Rusiyanı danışıqlar masasına gətirməyə çalışmışdı. Lakin heç bir nəticə əldə edə bilmədi. Fransa prezidenti Emannel Makron dəfələrlə Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bu diplomatiya da bir işə yaramadı. Hazırda da Fransa tərəfindən Rusiyaya yönəlik müəyyən addımların atıldığının şahidi oluruq. Bunun da bir neçə səbəbi var. Birinci əsas səbəbi dünya və Avropa ticarətidir. Bu müharibədən Avropa ticarəti böyük zərər görür. İkincisi, müharibə Avropaya qaçqınların axınına səbəb oldu. Avropa onsuz da yaxın və orta Şərqdən, Suriyadan gələn qaçqınlar səbəbindən müəyyən problemlərlə üzləşmişdi. Bu axının daha da böyüməsi Avropa və Fransanın maraqlarına uyğun deyil.
Üçüncüsü isə Rusiya-Ukrayna müharibəsi eskolasiya mərhələsindədir”.

Politoloqun fikrincə, hər an Qərb və Rusiya arasında ciddi toqquşma baş verə bilər:

“Bu birbaşa toqquşma artıq Üçüncü dünya müharibəsini də istisna etməməlidir. Bütün bunlar ciddi narahatlıq doğurur. Fransanın Rusiyaya yönəlik addım atmasının səbəblərindən biri də Paşinyanın son çıxışlarıdır. Fransa Ermənistanı Rusiyanın şərindən qorumağa çalışır”.

//Safura Bənnayeva, Editor.az