“Fransa Ermənistanın uduzmasını həzm edə bilmir”-ŞƏRHbackend

“Fransa Ermənistanın uduzmasını həzm edə bilmir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa tarixən səlib yürüşlərinin təşkilatçı dövlətlərindən olub”.

Bu sözləri Eidtor.az-a Fransanın antiAzərbaycan siyasəti ilə bağlı danışarkən millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, Fransa Ermənistanın uduzmasını və Azərbaycanın haqlı qələbəsini həzm edə bilmir:

“Məhz bu səbəbdən də Fransa açıq şəkildə antiAzərbaycan siyasəti yeridir. Ümumiyyətlə, Fransada islamafobiya var. Özlərini nə qədər mədəni, demokratik ölkə olaraq təqdim etsələr belə, müstəmləkəçiliklərinə haqq qazandırmağa çalışan ölkədən başqa bir şey deyillər.

Həmçinin, Ermənistan vasitəsilə Fransa Qafqazda möhkəmlənmək istəyir. Azərbaycan isə buna imkan vermədiyindən, Fransa olduqca qəzəblidir. Fransa agenturasının ifşası da göstərdi ki, o burada nələrlə məşğuldur. Fransanı qeyri-dost dövlət elan etmək lazımdır”.

//Səbinə Hüseynli, Editor.az