Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı artırıb: Azərbaycan üçün təhlükə var? -AÇIQLAMAbackend

Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı artırıb: Azərbaycan üçün təhlükə var? –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan bir neçə ildir ki, Fransa ilə hərbi sahədə əməkdaşlıq edir və oradan keyfiyyətli silahlar alıb”.

Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Fransanın xarici işlər naziri Ketrin Kolonanın “Fransa Ermənistanla müdafiə sahəsində də əlaqələri gücləndirib. Hərbi attaşe Fransanın İrəvandakı səfirliyində olacaq. Və sonra tezliklə sərhəddən çox da uzaq olmayan Sünik (Zəngəzur) bölgəsində konsulluq açacağıq”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın isə Fransa ilə əməkdaşlığı hələ səfirlikdə hərbi attaşenin fəaliyyətə başlamasından o tərəfə keçməyib:

“Ola bilər ki, bundan sonra rəsmi İrəvan fransız silahlarını ala bilər. Hərçənd bu silahların Ermənistana gətirilməsi çox ciddi məsələdir. Çünki Gürcüstan və Türkiyə üzərindən silahların daşınması mümkünsüzdür və yalnız İran silah daşınmasına icazə verir. Azərbaycan isə bu prosesə ümumiyyətlə imkan verməz. Ona görə də hələlik hərbi attaşe fəaliyyətə başlamağa hazırlaşır. Nə vaxtsa fransız silahlarının alınması mümkün olarsa, bu Ermənistan ordusunun güclənməsinə imkan verə bilər”.

A.Səmədovun fikrincə, Azərbaycan dünyanın ən müasir silahlarını iri həcmdə alır: “Azərbaycan ordusu ilə Ermənistan ordusu arasında güc fərqi günü-gündən artır. Güman etmirəm ki, Fransa silahları Ermənistana ciddi güc versin. İran və Rusiya konsulluq açılması məsələsində müəyyən istiqamətdə addımlar atıblar. Fransa da bu istəyini bəyan edir. Yəqin ki, gələn il bu hal baş verə bilər. Konsulluğun açılması heç nəyi dəyişməyəcək. Azərbaycan üçün də narahatlıq doğuracaq məqam yoxdur”.

//Safura Bənnayeva, Editor.az