Fransa HƏRƏKƏTƏ KEÇDİ: Putinlə əlaqəli olan bu şəxslər…backend

Fransa HƏRƏKƏTƏ KEÇDİ: Putinlə əlaqəli olan bu şəxslər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Milli Maliyyə Prokurorluğu rusiyalı oliqarxların daşınmaz əmlakdakı aktivlərini yoxlamaq qərarına gəlib.

Bu barədə “Le Parisien” məlumat yayıb.

Qeyd olunub ki, hədəfdə Rusiya Prezidenti Vladimir Putinlə əlaqəli olan iş adamlarıdır.

Bildirilib ki, “Transparency International” antikorrupsiya ictimai təşkilatı rusiyalı oliqarxların çirkli pulların yuyulması faktları ilə bağlı şikayət verib.

İstintaq çirkli pulların yuyulması, korrupsiya cinayətləri, dövlət vəsaitinin mənimsənilməsi və ağır işlərdə vergidən yayınmanın təşkilatçılarına qarşı yönəlib. İş Ağır Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Fransalı müstəntiqlər rus oliqarxlarının əhəmiyyətli daşınmaz əmlakı necə toplaya bildiyini araşdıracaqlar.

Publika.az