Avropalılar ABŞ-ın keçmiş prezidenti Trampdan qorxur, çünki o, Ukrayna münaqişəsinə son qoymaq istəyir.
Editor.az bu barədə Fransanın “Le Figaro” qəzetinə istinadən yazıb.
“Tramp-2 artıq avropalıları silkələyir” başlıqlı yazıda Donald Trampın Ağ Evə qayıtmasını görmək ehtimalının artıq avropalı siyasətçiləri sarsıtdığı bildirilib. Qəzetə danışan bir siyasətçi “Tramp-1 avropalılar üçün kabus idi. Tramp-2 onlar üçün cəhənnəm ola bilər. O, dəfələrlə təkrar edir ki, Ukrayna münaqişəsinin həllinə 24 saatdan artıq vaxt lazım olmayacaq”,- deyə o bildirib.
Məqalədə Trampın Ağ Evə qayıtması ehtimalının son dərəcə narahatedici olduğuna, çünki ABŞ-ın öz qoşunlarını Avropadan çıxara biləcəyinə diqqət çəkilir və əlavə edilir: “NATO 2016-2020-ci illərdən yenicə bərpa olunur, lakin Trampın gəlişi hər iki ölkə üçün təhlükədir. Donald Tramp mütəmadi olaraq Kiyevin dəstəklənməsinə qarşı çıxıb və prezident seçiləcəyi təqdirdə münaqişəyə son qoyacağına söz verib. Amerika mediası da Trampın anti-Rusiya sanksiyalarını yumşalda və ABŞ-ın Çinlə qeyri-dost münasibətlərini yoluna qoya biləcəyini təklif edib”.
//Gülnarə Abasova, Editor.az