Fransa meydanında separatçıların bayrağı: Təsadüf, yoxsa…?backend

Fransa meydanında separatçıların bayrağı: Təsadüf, yoxsa…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İrəvanda hökumətin hesablamalarına görə təxminən 11 min, müxalifətin hesablamalarına görə isə 20 min insanın iştirakı ilə anti – Paşinyan mitinqi baş tutdu.

Editor.az xəbər verir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun məlumatına görə, mitinqdə Serj Sarkisyan, Naira Zohrabyan, İşhan Saqatelyan və digərləri Azərbaycan və Türkiyə ilə yeni danışıqlarla bağlı hakimiyyəti xəbərdar ediblər.

Politoloq bildirib ki, müxalifət bir sıra tələblər irəli sürüb:

“Birincisi, Ermənistan Qarabağın təhlükəsizliyinin və öz müqqədaratının təyin etməsinin qarantı olmalıdır”.

“İkincisi,Qarabağa Azərbaycanın tərkibində hər hansı status verilməsinin rədd edilməsi”.

“Üçüncüsü, Qarabağ anklav olmamalıdır. Etibarlı quru sərhəddi istənilir”.

“Dördüncüsü, 1994 – cü ildə ATƏT sammiti çərçivəsində qəbul edilən danışıqlar formatı bərpa edilməlidir”.

” Beşinci tələbə görə dəhliz verilməməlidir”.

“Altıncısı, sərhədlərin demarkasiyası və delimitasiyası hələlik reallaşmamalıdır”.

” Yeddincisi Qarabağdakı ermənilərinin müqqədaratı təyin edilməli, bu mövzuda onların hüquqlarını daraldacaq heç bir sənəd imzalanmamalıdır”.

“Sonuncu tələbə görə Türkiyə ilə danışıqlarda “soyqırımı” sual altına qoyacaq heç bir sənədə imza atılmamalıdır”.

Z. Məmmədov xatırladıb ki, mitinq getdiyi vaxt Paşinyanın Brüsselə səfəri başlayıb:

“Onun Blinkenlə telefon danışığı baş tutub. Müxalifət isə sabahdan regionlarda da mitinqlərin keçirilməsi üçün tərəfdarlarına çağırış edib. Onlar Paşinyanın istefası üçün tədricən ümumxalq mitinqlərinə başlamaq niyyətindədirlər. Baş verən hadisələrdə diqqətdən yayınmayan ən əsas fakt var. Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının təşkilatçılığı ilə təşkil edəcəyi 6 aprel görüşünə bir neçə gün qalmış gözlənilmədən müxalifətin 2 siyasi bloku küçə mitinqlərinin keçirilməsinə qərar verir. Serj Sarkisyan hansı ki, 4 il ərzində evdə oturub hadisələrə seyr etməyə üstünlük verirdi , indi “küçə ulduzu” olmağı iddiasına düşüb.Təbii ki, baş verənlər ABŞ- Rusiya arasındakı geosiyasi münaqişə prizmasından təhlil edilməlidir. Ukraynada baş verənlər və Qafqazda son proseslər fonunda Vaşinqton yaxın aylar ərzində Nikol Paşinyana maksimum dəstək verməyi və onun zor gücü ilə hakimiyyətdən getməməsi üçün əlindən gələni edəcək. ABŞ Saakaşvili – İvanişvili “səhvinin” Ermənistanda təkrarlanmaması üçün Paşinyanın daxili auditoriyada reytinqini qoruyacaq addımlar atmağa cəhd göstərəcək. Bu isə o deməkdir ki, Qarabağın dağlıq hissəsi və demarkasiya- delimitasiya məsələlərində yaxın 6 ayda ABŞ tərəfindən status – kvonun qorunmasına üstünlük veriləcək. Bunlar daha çox Azərbaycan və Ermənistan arasındakı məsələlərə aiddir. Türkiyə – Ermənistan mövzusunda isə, əksinə, Vaşinqton Ankara ilə İrəvan arasında yeni münasibətlərin qurulması və sərhədlərin açılmasını dəstəkləyəcək”.

Politoloq bildirib ki, 9 aprel Moskvada baş tutmalı olan Putin- Paşinyan görüşü ilə bağlı diqqət yetirməli olduğumuz məqamlar var:

“Görünən odur ki, Rusiya Ermənistandan yeni zəmanətlər və imzalanacaq sənədlər istəyir. Paşinyan isə, 2 ay idi ki, vaxt aparmaqla məşğul idi. Nikolun Moskva qarşısında vaxt uzatması Fərruxlu yüksəkliyi ilə bağlı vəziyyətin dəyişməsinə və bu gün mitinqin baş tutmasına gətirib çıxartdı. Mövcud reallıqlar fonunda yaxın aylar ərzində Azərbaycan və Ermənistan arasındakı danışıqlarda humanitar məsələləri çıxmaq şərtiylə, ələlxüsus siyasi mövzularda hər- hansı irəliləyişin olması gözlənilmir.  Çox güman ki, bu dəfə də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişel tərəfindən təkbətək söhbət etmələrinə imkan yaradılacaq. Paşinyan ağıllı olsa, yeganə xilas yolu olan tərəflə açıq söhbət edər”.

//Gülnarə Abasova, Editor.az