Fevralın 22-də axşam saatlarında Fransa Müdafiə Nazirliyinin rəhbəri tarixdə ilk dəfə olaraq Ermənistana gəlib.
Müvafiq məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib. “Ermənistanın müdafiə naziri Suren Papikyanın dəvəti ilə fevralın 22-də Fransa Silahlı Qüvvələrinin naziri Sebastien Lekornunun başçılıq etdiyi nümayəndə heyəti rəsmi səfərə gəlib”, – Nazirliyin mətbuat xidməti bildirib.
Bu, Fransanın müdafiə departamenti rəhbərinin Ermənistana ilk səfəridir. Nazirlə yanaşı bir sıra şirkətlərin nümayəndələrinin də respublikaya uçacağı barədə məlumat verilib.
//Samir Qurbanov, Editor.az

