“Fransanın Ermənistanı dəstəkləməsinin əsas səbəbi xristian təəsübkeşliyidir”.
Bu sözləri Editor.az-a Qərbi Azərbaycan İcması Fransanın Ermənistanı dəstəkləməklə bağlı yaydığı bəyanatla əlaqədar olaraq danışarkən millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Fransa dünyanın nəhəng dövlətlərindən biridir ki, hələ də öz gəlirinin 80 faizini müstəmləkələrdən alır:
“Yəni, Fransa Ermənistanı da xristian dövləti olaraq Türkiyə və Azərbaycan içərisində qüvvətləndirmək niyyətindədir.
Digər tərəfdən Fransanın bu məsələdə geosiyasi maraqları da mövcuddur. Rəsmi Paris Avropa İttifaqına praktik rəhbərlik etmək istəyir. Çünki Almaniya İkinci Dünya müharibəsindən sonra xarici siyasət və hərbi məsələlərdə o qədər də fəal deyil. Fransa isə aparıcı dövlət kimi özünü göstərmək və möhkəmlənmək istəyir.
Fransa nankör dövlətdir. Artıq yavaş-yavaş dünyada bəzi ölkələr də ona baş qaldırmağa nail olurlar. Paris isə sadəcə öz mənafeyini güdür və bu istiqamətdə işlər görür. Lakin Fransanın atdığı heç bir addım Azərbaycanın haqq səsini boğa bilməyəcək”.
//Səbinə Hüseynli, Editor.az

