Fransa nə etmək istəyir?- “Bir tərəfdən sülhdən danışır, digər tərəfdən…”- Millət vəkili ŞƏRH EDİRbackend

Fransa nə etmək istəyir?- “Bir tərəfdən sülhdən danışır, digər tərəfdən…”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın xarici işlər naziri Stefan Sejurnə İrəvanda səfərdədir. Səfər çərçivəsində XİN keçirdikləri birgə mətbuat konfransında Ararat Mirzoyan regionda sülhün bərqərar olmasına kömək etdiyinə görə rəsmi Parisə təşəkkür edib. Maraqlıdır, regionda sülhün bərqərar olunması üçün rəsmi Paris nə edib?”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Fransanın hərəkətləri regiona sülhün gəlməsinə mane olur:

“Fransalı nazir bir tərəfdən sülhdən danışır, digər tərəfdən də İrəvanla hərbi sahədə əməkdaşlığını davam etdirəcəyini deyir. Belə ki, Ermənistana Sezar qaupitsaları, radarlar, zenit raket kompleksləri və zirehli avtomobillər tədarük edib. Fransa lisenziyası ilə silahlar Hindistandan idxal olunur və Ermənistanı silah cəbbəxanasına çevirib. Stefan Sejurne mətbuat konfransda Fransanın Bakıda keçiriləcək BMT-nin iqlim dəyişiklikləri ilə bağlı konfransının COP29-a qədər qədər Ermənistanla sülh danışıqlarında Azərbaycandan hərəkətlilik gözlədiklərini deyib. Amma sülh danışıqlarının əsas predmeti olan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkilməli olduğu dilə gətirilmir. Yəni, Sejurne Azərbaycandan fransızsayağı sülh gözləyir. Təbii ki, bizə fransızsayağı sülh yox, dayanıqlı sülh lazımdır. Ermənistan dayanıqlı sülhə hazır olarsa, qısa zaman kəsiyində belə bir sənəd imzalanacağını hesab edirəm.

Fransa Prezidenti Emmanuel Makron tərəfindən də İrəvanın gələcəyi ilə bağlı məlumatlar səslənir. Bu gün Fransa hər vasitə ilə Ermənistana üstünlük qazandırmağa və Paşinyanı sülh gündəliyindən uzaqlaşdırmağa çalışır. Amma Fransa özünün çirkin niyyətlərindən əl çəkib Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına müdaxilə etməsə, sülhün gəlişinin sürətlənəcəyinə şübhə yoxdur”.

//Gülnarə Abasova, Editor.az