“Fransa növbəti dəfə uğursuzluq yaşayacaq, Ermənistan isə ayaqlar altında daha betər əziləcək”- ŞƏRHbackend

“Fransa növbəti dəfə uğursuzluq yaşayacaq, Ermənistan isə ayaqlar altında daha betər əziləcək”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aydın məsələdir ki, yeni dünya nizamının qurulmasında açar bölgələrdən biri məhz Cənubi Qafqazdır. Bu bölgədə hətta ən ilkin formada maraqların uzlaşdırılması olmadan həmin düzəni otuzdurmaq hardasa qeyri-mümkündür. Lakin məsələ ondan ibarətdir ki, tarixi spesifikliyə malik məkan olaraq Cənubi Qafqazda fundamental amilləri dəyişmək də demək olar ki, bir o qədər çətindir. Bu istiqamətdə də geosiyasi vəziyyəti dəyişmək üçün zamanında addımlar atılıb, müəyyən, hətta deyərdim ki, çox cüzi dəyişikliyə nail olunsa da, etiraf etmək lazımdır ki, fundamental bir şey baş verməyib”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, kollektiv Qərb Rusiyaya münasibətdə hətta Ukrayna məsələsi ilə də qarşına qoyduğu məqsədə çata bilmədi:

“İndi də ikinci cəbhə açıb Rusiyanın fokusunu yayındırmağa, gücünü iki yerə haçalamağa çalışırlar. Yeni müharibə ocağı yaradılmağa çalışılır ki, bu dəfə isə ən ələ gələn dövlət olaraq Ermənistandan istifadə olunur. Baş nazir Nikol Paşinyanın Fransaya da, Yunanıstana da reallaşdırılan səfərlərinin kökündə məhz bu amal dayanır. Paşinyanın Yunanıstan prezidenti Katerina Sakellaropulu ilə görüşü çərçivəsində “institusional dialoqu dərinləşdirmək” məsələsinin vurğulanması Ermənistanın Avropa İttifaqı xəyallarından xəbər verir. Baş Nazir Kriakos Mitsotakis ilə görüş əsnasında isə əlaqələrin əsrlik tarixə malik, indi isə üzləşilən ortaq çətinliklər qismində daha məhsuldar olduğunun, ən vacibi isə Yunanıstanın artıq olmayan Dağlıq Qarabağ kimi ərazilərdə Ermənistanın mədəni irsini qorumağa kömək edəcəyini bildirməsi kimi məsələlər mövcud siyasi gündəliyə cavab vermir. O mənada ki Dağlıq Qarabağ termininin bilərəkdən dövriyyədə saxlanılması niyyətlərinin ardında nələr dayandığından xəbər verir.  İşğalçı həmin işğalçı, havadarlar da həmin dairələrdir, “Azərbaycan hücuma hazırlaşır” narrativinin sirkulyasiyası isə metodun yeni olduğundan xəbər verir. Ermənistan da sayı belə unudulan neçənci dəfə simasını yenə dəyişərək özünü qurban kimi qələmə verir. İnstitusional dialoqa indi də bel bağlayan Nikol Paşinyandır ki, o da sınasın görək Avropa İttifaqı onu nə qədər qapısında saxlayacaq. Pənah aparılan Yunanıstandırsa, Avropa İttifaqı qapısında saxlanılan Türkiyədirsə, hər halda bu səfərlə çox mətləblərə cavab tapmaq olar.

Cənab Prezident İlham Əliyev bildirdi ki, Ermənistan-Azərbaycan məsələsi iki dövlət arasında olan məsələdir və beynəlxalq gündəlikdən düşməlidir. Biz minimallaşdırdıqca, Ermənistan arealı genişləndirməyə əl atır. Dövlət başçımız onu da söylədi ki, heç bir təxribat cavabsız qalmayacaq. Ermənistan Rusiya orbitindən çıxsa da, Qərbə pənah aparsa da üzərinə düşən öhdəliklərini etməlidir. İndiyə qədər öhdəliklər sadəcə güc tətbiq etməklə icra olunub, görünür, işlək mexanizmə malik olan metod yalnız budur.
Lakin onu da vurğulayım ki, proseslərə Azərbaycanın Qərbdən tamamilə təcrid olunduğu kimi baxılması, bunun belə başa düşülməsi də düzgün yanaşma deyil.

Ermənistan siyasi düzənin hara doğru dəyişəcəyinə ağzını ayırıb baxsa da, bizim fokusumuz maraqlar arasında balans axtarmağa deyil, Ermənistanın ərazi iddiaları ilə bağlı məsələni onun ana maddələr toplusundan çıxartmağa yönəldilməlidir”.

Ş. Həsənova onu da vurğulayıb ki, bölgədə daha möhkəm əsaslarla etimadın yaradılması nəqliyyat və kommunikasiya xətlərinin açılmasından keçir:

“Hətta regional əməkdaşlıq hansısa formatlarda alınmırsa, fərqli və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri yenidən nəzərdən keçirilməlidir. Görünür, Rusiyanın daxili və xarici siyasətindəki mövcud prioritetlər nəzərə alınaraq ona qarşı mümkün qədər təzyiq yaradılmaq istənilir. İplərin məhz indi qoparılması da buna xidmət edir. Planın istiqamətləri fərqli yerlərdən gəlsə də, əsas iş Parisdə hazırlanır. Diletant Paşinyan da Qərbin ümidlərini doğrulda bilməyəcək, Fransa növbəti dəfə uğursuzluq yaşayacaq, Ermənistan isə ayaqlar altında daha betər əziləcək”.

//Gülnarə Abasova, Editor.az