Fransa öz “nüvə çətirini” genişləndirmək istəyirbackend

Fransa öz “nüvə çətirini” genişləndirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Avropa müttəfiqləri ilə Fransa nüvə silahlarının ölkələrində yerləşdirilməsini müzakirə etməyə hazır olduğunu bildirib.

TF1-ə müsahibəsində siyasətçi bildirib ki, bu danışıqların rəsmi çərçivəsi yaxın həftələr və aylarda müəyyənləşəcək, lakin o, artıq nüvə mühafizəsini Avropa müttəfiqlərinə uzatmaq üçün üç əsas şərti qeyd edə bilər: Fransa digər ölkələrin təhlükəsizliyi üçün cavabdeh deyil; nüvə silahının istənilən yerləşdirilməsi onun özünümüdafiə qabiliyyətini tükəndirməməlidir; Bu silahdan istifadə ilə bağlı bütün qərarları müstəsna olaraq Fransa prezidenti verəcək.

//Samir Qurbanov, Editor.az