Fransa parlamentində “Sebastien Lekornu şousu” davam edirbackend

Fransa parlamentində “Sebastien Lekornu şousu” davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa parlamenti baş nazir Sebastien Lekornu hökumətinə etimadsızlıq təklifini rədd edib.

Reuters xəbər verir ki, kabinetin istefası üçün 271 üzv səs verib. Etimadsızlıq layihəsinin qəbulu üçünsə 289 səs lazım idi. İdeyanı ifrat solçu “France Insoumise” partiyası irəli sürüb. Bu gün daha sonra sağçı “Milli Ralli” və Respublika Uğrunda Hüquq İttifaqının təşəbbüsü ilə hökumətə qarşı növbəti etimadsızlıq səsverməsi keçiriləcək.

Xatırladaq ki, oktyabrın 5-də Sebastien Lekornu yeni hökumətinin tərkibini təqdim edib. Oradakı yerlərin yarıdan çoxu əvvəlki hökumət üzvlərinə məxsusdur. Müxalifət partiyaları bu yanaşmanı tənqid edib. Oktyabrın 6-da Lekornu istefa verdiyini elan edib. Lakin oktyabrın 10-da Fransa prezidenti Emmanuel Makron onu yenidən baş nazir təyin edib.

//Samir Qurbanov, Editor.az