Fransa rəhbərliyi erməni lobbisinin oyuncağına çevrilibbackend

Fransa rəhbərliyi erməni lobbisinin oyuncağına çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransada Azərbaycan səfirliyinə qarşı edilən aksiyaların görüntüləri Fransa kimi Avropanın əsas ölkəsində səfirliyimizə qeyri-ciddi yanaşıldığının göstəricisidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, burada Azərbaycana qarşı Fransanın xüsusi haqsızlığı yenə də davam edir:

“Əsasən də belə həssas dönəmlərdə erməni fanatiklərinin nəyə qadir olduğunu bilən Fransanın Azərbaycan səfirliyinin mühafizəsinə diqqət ayırmamağı bu tipli qlobal problemlərə səbəb oldu. Mühafizənin bu qədər zəif tətbiq edilməsi təkcə Fransa rəhbərliyinin hadisəyə biganə qalmağı deyil, eyni zamanda Azərbaycana qarşı dürüst olmayan qeyri-səmimi siyasətinin göstəricisidir. Fransanın danışdığı demokratiya, hüquqi azadlıqların təminatı və onların qorunması ilə bağlı öhdəliklərin kobud şəkildə tapdalanmağıdır. Yayılan kadrlardan da Fransa polisinin hadisələri yalnız kənardan müşahidə etdiyini görürük. Bu “sarıjiletlilər” aksiyasında fərqli fikirli insanların üzərinə atlar, itlərlə hücum edib, insanları döyüb sonra dünyaya demokratiyadan dəm vuran Fransa siyasi sisteminin növbəti riyakarlığının göstəricilərindən biridir. Eyni zamanda ,Ermənistan-Azərbaycan münaqişəsində Fransanın mövqeyi daha əvvəlki təxribatlarından da bəlli idi. Fransa bu günə qədər orada yaşayan erməni lobbisinin əlində oyuncağa çevrilib, Heç vaxt, haqq-ədalətin yanında yer almıyıb. Başverən son hadisə də onun əsl mahiyyətini və çirkab siyasi sistemin ortaya qoymuşdur. Bu hadisələrdən sonra digər ölkələr də diplomatik korpuslarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirəcəklər. Baş verən hadisə birinci erməni lobbisinin növbəti faşist mahiyyətini ortaya qoydu. İkincisi isə Fransanın nə qədər rəzil yanaşma ortaya qoyduğunu göstərmiş oldu”.
 
//Safura Bənnayeva, Editor.az